Mirbağır İsayev: Mən kiminsə babalını yuya bilmərəm
28.12.2011 - 12:58
“Kəpəz”in fəaliyyətinin dayandırmasını ilk dəfə sizdən eşidirəm. Söz tapmıram danışmağa. Necə ola bilər ki, dağılsın?” Bu fikirləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun sabiq baş məşqçisi Mirbağır İsayev deyib.
37 yaşlı çalışdırıcı ötən həftəsonu klub rəhbərliyi ilə fikir ayrılığı üzündən istefa verdi. İsayevin diqqətinə “Kəpəz”in dağılmağını, hazırda yerli azarkeşlərin Gəncə şəhər stadionuna yığışaraq, prezident Elmir Əliyevlə görüşü gözlədiklərini çatdırdıq: “Bu, klub rəhbərliyinin problemidir. Yəni, komandanın dağılmasının mənimlə bağlılığı yoxdur. Belə qərar qəbul etmək rəhbərliyin fikridir. Yalnız onu deyə bilmərəm ki, Gəncədə futbol olmalıdır. Çünki orada futbolu sevirlər, başa düşürlər və yaxşı azarkeşləri var”.
Hadisələrin bu vəziyyətə çatması qapıçı Tural Abbaszadənin komandaya qaytarılmağının bəhanə olmağı mülahizəsini ortaya qoyur. Görünür, maddi problemlər olduğundan, rəhbərlik komandanı buraxmaq istəyirmiş. Sadəcə, baş məşqçinin xarakterini, qətiyyətini, Turalı qaytarmaqla onun istefa verəcəyini bilərək, sonda istəklərinə çatıblar. İsayev isə Gəncədə işlədiyi 1 ayda maddi çətinliklərin olmağını bildirib: “Mən orada bu baxımdan problem görmədim. Tərtib etdiyim hazırlıq planları, əvvəl Mərdəkanda, sonra Türkiyədə təlim-məşq toplanışı keçməyimiz rəhbərlik tərəfindən təsdiqlənmişdi. Əgər komandanı buraxmaq fikirləri var idisə, bunu onda mənə deyərdilər də... Daha Turalın qaytarılmağı məsələsini niyə ortaya atırdılar? Bilirsiniz, mən rəhbərliyin siz deyən fikirdə olduğunu söyləyə, kiminsə babalını yuya bilmərəm. Mən “Kəpəz”dən tapşırıqla futbolçu götürmədiyimə görə getmişəm”.
Qeyd edək ki, İsayevin komandadan çıxardığı 11 futbolçu arasında yer alan ehtiyat qapıçı Tural Abbaszadəni sonradan rəhbərlik qaytarmağa qərar verdi.
Mehman SÜLEYMANOV

0
0