“Birlik kuboku”nun püşkü atıldı
28.12.2011 - 13:17
“Birlik kuboku”nun püşkü atıldı
Rusiyada ənənəvi keçirilən “Birlik kuboku” turnirin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın 1992-ci ildən təşkil edilən yarışda ilk dəfə təmsil olunmayacağı təsdiqlənib.

Belə ki, iştirakçılar arasında Qafqaz ölkələrinin heç biri yer almayıb. Azərbaycan, Gürcüstan, Ermənistanla yanaşı, Özbəkistan da turnirə komanda göndərməmək qərarına gəlib.

Əvəzində “Birlik kuboku”nun tarixində ilk dəfə İran komandası çıxış edəcək. Nəticədə həmişə olduğu kimi 16 deyil, 12 ölkənin təmsilçisi mübarizə aparacaq. Rusiya, Qazaxıstan, Türkmənistan, Estoniya A, Ukrayna, Moldova, Qırğızıstan, Latviya B, Belarus, İran, Tacikistan, Litva C qrupunda yer alıblar.

Qeyd edək ki, Sankt-Peterburqda yanvarın 19-29-da baş tutacaq yarışda ilk dəfə 21 yaşlılardan ibarət yığmalar çıxış edəcək. Bu tarixlər milli komandamızın hazırlıq planlarına uyğun gəlmədiyi üçün iştirak etməmək daha uyğun sayılıb.