“Deyirlər, Xanlar Fətiyev kimdir, elə adam tanımırıq”
28.12.2011 - 13:52
“Mən də komandamızın dağılması xəbərini saytınızdan oxumuşam. Dərhal stadiona gəldim. Klub rəhbərliyindən heç kim yoxdur. Yalnız mətbuat xidmətinin rəhbəri burdadır. O, xəbəri təsdiqlədi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun kapitanı Azər Məmmədov deyib.
Son vaxtlar qəbul etdiyi qərarlarla tənqid hədəfində olan “Kəpəz” rəhbərliyi komandanın fəaliyyətini dayandırdığını bildirib.
Təbii ki, ölkənin ikinci ən böyük şəhərinin klubsuz qalması üzücüdür. Üstəlik, nəzərə alsaq ki, bu komandanın fəaliyyəti 3 il əvvəl bərpa edilib, belə erkən dağılma gözlənilən deyildi.
Məmmədov bildirib ki, son baş məşqçi dəyişikliklərinin və 11 futbolçunun komandadan göndərilməsinin bu hadisəyə aidiyyatı yoxdur: “Futbolçular da çıxılmaz vəziyyətdədir. Hələ gözləyirik. Bizə heç nə deyilməyib. Son vaxtlar KİV-də klubla bağlı sərt tənqidi fikirlər səsləndirilir. Təbii ki, Xanlar Fətiyev də yaxşı olmasını istəyirdi. Ancaq bu cür sözlərin deyilməsi, ola bilsin, ona pis təsir edib”.
Məmmədovdan bir qədər də konkretləşmə aparmasını istədik. Çünki baş verənlər “Kəpəz”in qeyri-peşəkar idarə olunduğunu ortaya qoyub. Belə olan halda, mətbuatın tənqidi də haqlı qəbul edilməlidir.
Futbolçu müəyyən məqamlarda əndazənin aşıldığını israr edib: “Belə deyək də, Mehman müəllimin istefası nəticələrlə bağlı idi. Mirbağır İsayevin gedişi isə hamıya aydındır. Onun gedişinin nəticə ilə bağlılığı yoxdur. Bilmirəm, nə deyim, nə danışım. Ancaq deyilənlərin Xanlar müəllimə təsir etdiyini düşünürəm. Məsələn, deyirlər, Xanlar Fətiyev kimdir, elə adam tanımırıq. Bu cür söz demək düzgün deyil axı. Necə yəni kimdir? O, həm də dövlət məmurudur, eyni zamanda klubun sponsorudur”.

0
0