Berti Foqts azərbaycanlı dostlarını Dubaya çağırdı
28.12.2011 - 14:21
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts yubileyini Asiyada qeyd edəcək. Apasport.az saytının məlumatına görə, dekabrın 30-da 65 yaşı tamam olacaq almaniyalı mütəxəssis ad gününü dünyanın ən gözəl şəhərlərindən olan Dubayda keçirməyə qərar verib.
Son günlərdə vətənində olan Foqts təyyarəyə minərək, Birləşmiş Ərəb Əmirliklərinə gəlib: “Doğum günü mənim üçün adi günlərdən biridir. Digər günlərdən nə artıq, nə də əskik olacaq”.
Alman həmkarlarımızın yazdığına görə, Foqts Dubayda dostları ilə görüşmək istəyib və orada Azərbaycandan gələnlər də olacaq. Təbii ki, bunlar futbolla bağlı insanlardır. Foqts üçün yubileyinə Azərbaycandan gələn dostlarını görmək ən azı xoş olacaq.

0
0