“Gənclərlə oynamağa üstünlük verdim” - MÜSAHİBƏ
28.12.2011 - 17:19
“Sumqayıt Şəhər” qış “transfer pəncərəsi” dövründə ilk transferini rəsmiləşdirib. Apasport.az-ın məlumatına görə, “Neftçi”nin və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sol cinah müdafiəçisi Tərlan Quliyev ikinci dövrədən etibarən Sumqayıt təmsilçisinin formasını geyinəcək. O, keçidindən sonra klubunun rəsmi saytına müsahibə verib.
- Premyer Liqanın I dövrəsi sizin üçün nə ilə yadda qaldı?
- Mövsümə yaxşı başladım. Premyer Liqanın 3-cü turu çərçivəsində “Sumqayıt Şəhər”lə oyunda mövsümdə ilk dəfə meydana start heyətində çıxdım. Karyeram ərzində ikinci dəfə “Neftçi”nin heyətində 90 dəqiqə meydanda oldum. Daha sonra dizimdən zədə aldım. Buna görə, bir ay yaşıl meydanlardan kənarda qaldım. Birinci dövrədə “Simurq”la qarşılaşmada da bütün oyunu meydanda olmuşam. AZAL-la görüşdə isə ikinci hissədə komandaya kömək etmişəm. U-21-in heyətində İngiltərə və Belçika milliləri ilə səfər qarşılaşmalarında 90 dəqiqə meydanda olmuşam. Zədəli olduğum üçün isə Bakıda keçirilmiş Norveç və Belçika ilə oyunlarda iştirak edə bilməmişəm.
- “Sumqayıt Şəhər”ə keçidiniz necə baş tutdu?
- İki ay bundan əvvəl klubun mənimlə maraqlanmasını eşitmişdim. Bu klubdan başqa, bir necə bölgə təmsilçisi də xidmətimdə maraqlı idi. Lakin özüm gənc olduğum üçün gənclərlə oynamağa üstünlük verdim. Digər bir məsələ isə Sumqayıtın evimə yaxın olması idi. Bir neçə gün əvvəl “Sumqayıt Şəhər”ın prezidenti Kamran Quliyevlə söhbətləşdim, “Neftçi”nin rəhbərliyi isə bu kluba keçməyimə icazə verdi.
- Yeni klubunuz haqqında nə deyə bilərsən?
- Bu layihəni çox bəyənirəm. Hamı bu layihənin tezliklə Azərbaycan futboluna verdiyi bəhrənin şahidi olacaq. Bildiyiniz kimi, “Sumqayıt Şəhər” gənc və əslən azərbaycanlı futbolçulardan qurulub. Bu komandada oynamaq mənim kimi gənclərin futbol təcrübəsini artırmağa xeyli təkan verəcək. Əlbəttə, gənclərin yanında bir neçə təcrübəli futbolçunun olması da məqsədəuyğun haldır. “Sumqayıt Şəhər” Premyer Liqanın ilk dövrəsində yaxşı təsir bağışladı. “Qarabağ” və AZAL kimi komandalarla oyunda qələbə qazanmaq klubda görülən işlərin nəticəsidir. “Sumqayıt Şəhər” inamlı müdafiəsi yadda qalan komandadır. Ümid edirəm ki, arxa xəttə mənimdə köməyim dəyəcək. Burada oyun praktikamı artırıb, uğurlu çıxışımla Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun rəğbətini qazanmaq istəyirəm. Əsas yığmada çıxış etmək ən böyük arzumdur.
- Komandaya nə vaxt qoşulacaqsız?
- Yanvarın 5-dən etibarən klub Bakıda təlim-məşq toplanışına toplaşacaq. Mən də bu tarixdən etibarən düşərgədə olacağam. Daha sonra “Sumqayıt Şəhər”lə Antalyada təlim-məşq toplanışına yollanacağam.
- “Sumqayıt Şəhər”ın baş məşqçisi Bernhard Raabla görüşmək imkanın olubmu?
- Yox, Raabla görüşmək imkanım olmayıb. Uşaqlardan aldığım məlumata görə, çox təcrübəli məşqçidir.
- “Sumqayıt Şəhər”də 3 nömrəli futbol formasını geyinəcəkssiz. U-21-də də eyni nömrəli formada çıxış edirsiz. 3 nömrəli forma nəyə işarədir?
- Uşaq yaşlarımdan “Milan”ın və İtaliya millisinin müdafiəçisi Paolo Maldininin azarkeşiyəm. Mənim üçün italiyalı futbolçu dünyanın ən güclü sol cinah müdafiəçisidir. Maldininin azarkeşi olduğum üçün 3 nömrəli formanı seçdim.

0
0