“Mən buna göz yumurdum” - FOTO
29.12.2011 - 00:01
Daha gedən olmayacaq
“Davud Kərimi, Natiq Kərimi, Anar Qasımov, Şarapudin Şalbuzov və Səbuhi Həsənov komandamızı tərk ediblər. Onların gedəcəyini hələ çempionatın gedişində də demək olardı. Bu futbolçuların çoxu əsas heyətə düşməyə çətinlik çəkirdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında paytaxtın “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.
Çempionatın debütantı qış fasiləsində daha heç bir futbolçu ilə yollarını ayırmayacaq. Qədirov bildirib ki, heyətdə olanların hamısı ona lazımdır: “Komandanı daha tərk edən olmayacaq”.
Gedən 5 futbolçu arasında Davud Kəriminin olması bir qədər sual doğurur. Çünki Qədirov əksər oyunlarda məhz bu qapıçıya etibar edib. Qədirov əlavə edib ki, Kərimini məcbuiriyyətdən oynadıb: “Davud Kəriminin çox oyunda oynaması faktdır. Amma mən onu məcburiyyətdən oynadırdım. İvan Vasiliyev oyun praktikası baxımından əziyyət çəkdiyinə görə riskə getmək istəmirdim. Davudun səhvləri olurdu ki, mən buna göz yumurdum. İvanın yaxşı potensialı var. Onun komandaya xeyir verəcəyinə inanıram”.

0
0