Fərhad Vəliyev, yoxsa Amil Ağacanov?
29.12.2011 - 00:06
Fərhad Vəliyev, yoxsa Amil Ağacanov?
Qış fasiləsində qapıçısı Davud Kərimi ilə yollarını ayıran “Rəvan” yeni çərçivə qoruyucusu axtarır. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantı yerli təcrübəli qapıçıların izinə düşüb.

Komanda “Qarabağ” və AZAL-da əsas heyətə düşməyə çətinlik çəkən Fərhad Vəliyev və Amil Ağacanov arasında seçim edir.

Baş məşqçi Vladislav Qədirov Fərhad Vəliyevlə danışıqlar aparılmasına ağız büzsə də, Amil Ağacanovun komandaya gətirilməsinə razıdır.

Qeyd edək ki, “Rəvan” klubunun heyətində hazırda bir qapıçı var. Bu, “Karvan”dakı çıxışlarından tanıdığımız İvan Vasiliyevdir.