Azərbaycan – Suriya matçı baş tutmaya bilər
29.12.2011 - 00:11
Azərbaycan – Suriya matçı baş tutmaya bilər
Gələn ilin fevralın sonlarında Birləşmiş Ərəb Əmirliklərinə təlim-məşq toplanışına yollanacaq Azərbaycan yığmasının hazırlıq çərçivəsində qarşılaşacağı rəqib hələlik müəyyənləşməyib. Apasport.az saytının xəbərinə görə, millimizin fevralın 29-da Suriya ilə yoldaşlıq görüşü nəzərdə tutulsa da, çox güman həmin matç baş tutmayacaq. Buna səbəb son vaxtlar Suriyada cərəyan edən siyasi proseslərdir.