“Barselona” dünyanın ən yaxşı idman komandasıdır!
29.12.2011 - 09:39
“Barselona” dünyanın ən yaxşı idman komandasıdır!
“Barselona” 2011-ci ildə dünyanın ən yaxşı idman komandası seçilib. Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) keçirdiyi sorğuda 1-ci olub. “Barsa” sorğuda iştirak edən dünyanın 80 ölkəsindən 363 jurnalistin rəğbətini qazanaraq, səslərin 43 faizini toplayıb. 2-ci yeri Yeni Zelandiyanın reqbi yığması tutub. 3-cü pillədə Braziliyanın voleybol milli komandası yer alıb.

Qeyd edək ki, mükafatlandırma ilə bağlı təntənəli mərasim 2012-ci ilin yanvarın 13-də keçiriləcək.