Əvvəl dünya ikincisi, sonra Azərbaycan
29.12.2011 - 10:21
Əvvəl dünya ikincisi, sonra Azərbaycan
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsindəki rəqibi Şimali İrlandiya yığmasının yoldaşlıq oyunlarındakı rəqiblərinin adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, təyinatı yeni rəsmiləşən Martin O’Nilin yetirmələri seçmə mərhələnin payızdakı startına kimi 3 matç keçirməyi planlaşdırır.

Mütəxəssisin debüt matçı gələn il fevralın 29-da gerçəkləşəcək. Həmin gün şimali irlandiyalılar Norveçlə üz-üzə gələcək. Bundan başqa rəqibimiz don DÇ-nin ikincisi Hollandiya və Finlandiya ilə qarşılaşacaq.