Türkiyə Superliqasında oynayan futbolçu “Qəbələ”də oynamağa razıdır
29.12.2011 - 12:33
“Qəbələ” transfer çalışmalarını davam etdirir. Bu barədə apasport.az saytına klubun baş meneceri Zaur Əzizov məlumat verib.
Onun sözlərinə görə, klubun türkiyəli baş məşqçisi Fatih Kavlak hazırda istirahətdə olmasına baxmayaraq, hücum xəttinin gücləndirilməsi yönündə çalışır: “Bildiyiniz kimi, Serje Cehua ilə yollarımızı ayırandan sonra hücumçu axtarışındayıq. Kavlakın bu mövqeyə namizədləri var. O, Türkiyədə olduğu müddətdə bir hücumçu ilə görüşüb. Hələ məsələ həll olunmadığından, ad çəkmək istəmirik. Onu deyə bilərəm ki, ilkin danışıqlar müsbət nəticələnib. Həmin legioner Kavlakın ən çox sərəncamında görmək istədiyi futbolçulardan biridir”.
Hazırda Türkiyə Superliqasında oynayan futbolçunun klubu ilə müqaviləsi var ki, keçidi reallaşdırmaq üçün bu məsələni də həll etmək lazımdır. Əzizovun fikrincə, həmin hücumçunu almaqla, qış fasiləsi üçün legioner məsələsini bağlaya bilərlər: “Ola bilər ki, yaxın günlərdə ilkin anlaşma əldə etdik. Yeni hücumçunun transferini təlim-məşq toplanışına başlayacağımız müddətə, yanvarın ortalarına kimi həll etməyə çalışacağıq”.
Mehman SÜLEYMANOV

- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
- “Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı
0
0