Berti Foqts: Təqaüd? Mən bu haqda heç fikirləşmirəm də
29.12.2011 - 14:49
“Milad bayramını oğlum Yüstin və bir neçə dostumla birgə keçirdim. Sadə bir bayram oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Sabah 65 illik yubileyini keçirəcək almaniyalı mütəxəssis vətənində həmkarlarımızın diqqət mərkəzindədir. Mətbuat Foqtsun nə vaxt təqaüdə çıxacağı ilə çox maraqlanır və eyni zamanda, AFFA ilə müqaviləsini daha 2 illik uzatmaqla, bunun yaxın gələcəkdə olmayacağını yaxşı başa düşürlər.
Elə Foqts təqaüdlə bağlı sualı təəccüblə qarşılayıb: “Mən təqaüdə çıxmaq haqda heç fikirləşmirəm də. Gələn il milli komanda ilə iş başında, 120-150 gün yolda olacağam. Hər şeyə rəğmən, Azərbaycan yığmasında işimi davam etdirmək istəyirəm. Biz 2016-cı ildə dünya çempionatının final mərhələsinə çıxmağa iddialı olacağıq. Yeni tələblərim kimlərəsə sərt görünə bilsə də, bu, müasir futbolun reallığıdır. Azərbaycanda bunu başa düşən insanlar var”.
Futbolçu karyerasını həsr etdiyi Mönhenqladbaxt “Borussiya”sının cari mövsümdə inamlı çıxışına toxunan Foqts bu komandanı çalışan gənc həmkarı Lüsyen Favrın əməyini qeyd edib: “O, gənclərə bel bağlayır və bu, bəhrəsini verir. “Borussiya”nın indi nəyə qadir olduğu göstərə bilməyi xoşuma gəlir. Bu komandanın oyunlarına oğlumla birgə hərəyə bir VİP biletimiz var”.

- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
- “Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı
0
0