“Panionios” Araz Abdullayevə verməyə pul tapmır
29.12.2011 - 15:13
Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevin icarəyə verildiyi “Panionios” klubu ciddi problemlərlə üzləşib. Apasport.az saytının məlumatına görə, Yunanıstan Superliqası təmsilçisi maliyyə çətinliyindən əziyyət çəkir.
Artıq 5 ildir borclar içində boğulan “Panionios” üçün 2011-ci il tarixi ən ağır ili kimi dəyərləndirilir. Özü də batmaqda olan komanda 1 il əvvəlki durumundan da aşağı yuvarlanıb.
Bu üzdən İngiltərənin “Everton” klubuna məxsus Arazın icarəyə götürülməsi Yunanıstanda istehza ilə qarşılaşıb. Həmkarlarımız mətbuatda bu məsələyə özünəməxsus tərzdə toxunublar: “Araz Abdullayevi icarəyə götürdünüz, bunu başa düşdük. Bəs onun pulunu kim verəcək?”.

- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
- “Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı
0
0