Millimizdən növbəti qələbə - FOTOSESSİYA
29.12.2011 - 17:08
Millimizdən növbəti qələbə - FOTOSESSİYA
Azərbaycan millisi (U-19) növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun yetirmələri “Neftçi”nin U-19 komandası ilə yoxlama oyununda qüvvəsini sınayıb. Bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da baş tutan görüşdə yığmamız qalib gəlib – 3:1. Millinin heyətində het-trikə imza atan Ruslan Nəsirli fərqlənib.

Qeyd edək ki, gələn ilin əvvəlində Rusiyada keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan yığmamız bundan əvvəl “İnter”in U—17 və U-19 komandalarının üzvlərindən təşkil olunan rəqiblə qarşılaşıb 3:0 hesablı qələbəyə sevinmişdi.

Mənbə: affa.az