Sedat Saini: Azərbaycanda yaxşı günlər keçirdim
30.12.2011 - 00:06
“Hazırda Türkiyənin II liqasında mübarizə aparan “Ofspor” klubunda çıxış edirəm. Fasilə olduğu üçün indi Makedoniyadayam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Sedat Saini deyib.
Karyerasının 1 ilini Azərbaycanda keçirən Sedat yenidən ölkəmizə qayıtmaq üçün real dəvətin olmadığını söyləyib: “Düzü, konkret dəvət yoxdur. Transfer üçün bir neçə nəfərlə görüşsəm də, sonluq yaxşı gəlmədi”.
Yarımmüdafiənin sağ cinahında çıxış edən Saini ölkəmizdə keçirdiyi günləri də xatırlayıb: “Vallah, 1 il ərzində Azərbaycanda çox yaxşı günlər keçirdim. Çox yaxşı hadisələrin baş verdiyini düşünürəm. Müəyyən mikro zədələrə baxmayaraq, normal oynadığım qənaətindəyəm. Amma mövsümün sonunda heç gözləmədiyim bir vəziyyətlə qarşılaşdım. Müqavilənin uzadılmamağı məncə, haqq etmədiyim bir şey idi”.
Qeyd edək ki, Sedat “Qarabağ” klubu ilə Azərbaycan kubokunun qalibi olub.

- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
0
0