5 avro ödə, “Barselona”nın məşqini izlə
30.12.2011 - 09:29
5 avro ödə, “Barselona”nın məşqini izlə
“Barselona” əlavə gəlir mənbəyi yaratmağı qərara alıb. Apasport.az saytının məlumatına görə, dünyanın ən güclü komandası açıq məşqini izləməyi pullu edəcək. Belə ki, komandanın yanvarın 5-də hazırlığını izləmək istəyənlərin hər biri 5 avro ödəməli olacaq. “Barselona”nın üzvləri isə 3 qonağı məşqi pulsuz izləməyə dəvət edə bilərlər.