Növbəti yubileylərə qədər, cənab Foqts!
30.12.2011 - 11:28
Bu gün Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts üçün əlamətdar gündür. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis 65 illik yubileyini qeyd edir.
O, ad gününü dünyanın ən gözəl şəhərlərindən olan Dubayda keçirməyi üstün tutub. İndiyədək millimizin çalışdırıcısı kimi Ərəbistan yarımadasına 2 dəfə yollanmış Foqtsun növbəti səfəri fevralın 22-dən martın 1-dək olacaq. Həmin müddətdə Birləşmiş Ərəb Əmirliklərində 10 günlük təlim-məşq toplanışı və FİFA-nın “pənrəcəsi”ndə nəzərdə tutulan - fevralın 29-da yoldaşlıq görüşü planlaşdırılıb. Hələliksə Dubaya istirahətə gedən Foqts Azərbaycandakı dostlarını da yubileyinə dəvət edib.
Ölkəmizə bağlılığı 2008-ci ilin aprelindən başlayan Foqts həmin ayın ilk günlərində milli komandamıza baş məşqçi təyin olundu. Təcrübəli mütəxəssis həmin vaxtdan bu yana 4-cü ad gününü bizim çalışdırıcı kimi keçirir. Düzdür, Foqts bunların heç birində ölkəmizdə olmayıb. Adətən ad gününü vətənində qeyd edən almaniyalı görünür, yubileyini fərqləndirmək üçün isti məmləkətə üz tutmağı üstün tutub.
Klub karyerası yalnız yaşadığı Mönhenqladbax “Borussiya”sına bağlı olan Foqts 15 il bu komandanın şərəfini qoruyub. Bu müddətdə nə Almaniya çempionluğunu, nə də kubokunu qazana bildiyindən, klub karyerasını uğurlu saymaq olmaz. Keçmiş sağ cinah müdafiəçisinin bütün nailiyyətləri yığma ilə bağlıdır.
Belə ki, Almaniya millisinin heyətində çıxış etdiyi ardıcıl 2 mötəbər turnirdə çempionluq sevinci yaşayıb. Bu, 1972-ci ildə Avropa, 2 il sonra dünya çempionluğudur. O, futbolçu kimi 1970-ci ildə dünya çempionatının bürünc, 1976-cı ildə Avropa çempionatının gümüş medalına yiyələnib.
Foqtsa Bundestimin baş məşqçisi postunda yer almaq və ən əsası, bu ampluada da titul qazanmaq nəsib olub. Söhbət Almaniya yığmasının onun rəhbərliyi altında 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının qalibi olmağından gedir. Bu, mütəxəssisin yeganə tituludur və 1990-98-ci illərdə çalışdırdığı Bundestimlə Avropa çempionatının gümüş medalını (1992-ci ildə) da qazanıb.
1998-ci ildə dünya çempionatının 1/4 finalında Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra 2 il işsiz qalan Foqts yenidən vətənində çalışdı. Ancaq 2000/01 mövsümündə “Bayer”in baş məşqçisi kimi uğur qazana bilmədi. Bu, onun hələlik məşqçilik karyerasında yeganə klubdur.
2001-02-ci illərdə Küveyt, 2002-04-cü illərdə Şotlandiya, 2007-08-ci illərdə Nigeriya yığmasında işi uğursuz alınan Foqts həmin ölkələrdən fərqli milli komandamızın tarixində adını qızıl hərflərlə yazdırdı. O, ilk seçmə mərhələdə (DÇ-2010) 5 xal toplayaraq, azərbaycanlı həmkarları İqor Ponomaryovla Şahin Diniyevin rekorduna şərik çıxdı. Foqts 2-ci seçmə mərhələdə (Avro-2012) isə 7 xal toplayaraq, mütləq rekordçu oldu. Nəticədə AFFA rəhbərliyinin müqaviləni daha 2 illiyə uzatmaqla bağlı etimadını qazanan Foqts DÇ-2014-ün seçmə mərhələsində də iş başında olacaq.
Apasport.az-ın kollektivi də Foqtsu ad günü münasibətilə təbrik edir, ona ilk növbədə möhkəm can sağlığı, işlərində uğurlar və ailə xoşbəxtliyi arzulayır.
Növbəti yubileylərə qədər, cənab Foqts!
Mehman SÜLEYMANOV

0
0