Premyer Liqa: Kim gedir, kim gəlir? - YENİLƏNİB
17.02.2012 - 00:29
Premyer Liqa: Kim gedir, kim gəlir? - YENİLƏNİB
Azərbaycan Premyer Liqasının 2011/12 mövsümünün ikinci hissəsinə artıq start verilib. Apasport.az saytının məlumatına görə, təxminən 2 ay əvvəl qış fasiləsinə çıxarkən heyətlərinə əl gəzdirməyə başlayan klublar hələ də bu yöndə aparılan işlərini yekunlaşdıra bilməyiblər.

Fasilə bitsə də, “transfer pəncərəsi” bağlansa da komandalar iştirak ərizələrinə əlavələr etməkdə davam edir. Artıq son keçidləri və klubsuz qalan oyunçuları ələ keçirməklə məşğul olan klublar bu qış dövrünü o qədər də fəal olmadı. Ən azı son yay fasiləsində klublarımız bundan xeyli fəal idi.

Demək olar ki, oturuşmuş heyətə malik “Neftçi”, “İnter”, “Qarabağ”, “Qəbələ” və AZAL üçün bu müddət lazımsız vaxt kimi dəyərləndirilə bilər. Cüzi dəyişikliklər edən komandalar yeni transferlərdə maraqlı görünmürdülər.

Dağılmaq təhlükəsi ilə üz-üzə qalan, çempionatı davam etdirəcəyi sonradan dəqiqləşən və “Turan” və “Kəpəz” isə heyəti az qala yenidən yığmalı oldular. Kütləvi yenilənməyə məruz olan qərblilər hələ də axtarışlarını davam etdirir.

“Xəzər Lənkəran”, “Bakı”, “Simurq”, “Rəvan” və “Sumqayıt” da xeyli sayda transferləri ilə diqqət çəkir. Özü də onların hər biri daha çox yeniləri gətirməklə fərqlənib nəinki heyəti təmizləməklə. Lakin onların sıralarını tərk edənlər də olub.

“Neftçi”
Gedənlər - Emil Mpenza, Araz Abdullayev, Tərlan Quliyev, Elmar Baxşıyev
Gələnlər – yoxdur

“İnter”
Gedənlər - Dmitri Kramarenko, Ruslan Poladov, Şəhriyar Rəhimov
Gələnlər - Əziz Quliyev ("Bakı", Azərbaycan), Aleksandr Qross (“Sumqayıt”, Azərbaycan)

“Xəzər Lənkəran”
Gedənlər – Emeka Opara, Dejan Rusiç, Mario Rosas, Habil Nurəhmədov, Eldar İsmayılov
Gələnlər - Radomir Todorov ("Spartak", Bolqarıstan), Akif Tağıyev ("Turan", Azərbaycan), Salif Ballo ("Real Bomako", Mali), Tounkara Sadio ("Real Bomako", Mali), Roberto Alviz (“Anagenissi Dernias”, Xorvatiya), Moya Brenes (“Kartagines”, Kosta-Rika), Stevan Bates ("Rad Belqrad", Serbiya), Qafar Əliyev (“Rəvan”, Azərbaycan)

“Qarabağ”
Gedənlər - Leonardo Roşa
Gələnlər – Eltun Yaqublu ("Neftçi", Azərbaycan), Vaqif Cavadov ("Volqa", Azərbaycan), Muarem Muarem ("Rabotniçki", Makedoniya)

“Bakı”
Gedənlər - Fabio Luis Ramim, Əziz Quliyev, Vadim Borets, Emin Cəfərquliyev, Aleksey Savinov, Stevan Bates, Nicat Abdullayev, Jaba
Gələnlər – Duje Bakoviç (HNK "Rijeka", Xorvatiya), Lukaş Horvat, (NK "Domzale", Sloveniya), Nenad Kovaçeviç ("Srvena Zvezda", Serbiya), Sergio Kontreras ("Rayo Vallekano de Madrid", İspaniya), Vukasin Tomic (FK “Yaqodina”, Serbiya)

“Qəbələ”
Gedənlər - Serj Cehua
Gələnlər - Yannik Kamanan (Mersin İdman Yurdu, Fransa), Elmar Baxşıyev ("Neftçi", Azərbaycan)

AZAL
Gedənlər - Kristian Ruiz, Vüsal Qarayev
Gələnlər – Şəhriyar Rəhimov ("İnter", Azərbaycan), Tural Nərimanov ("Neftçi", Azərbaycan)

“Rəvan”
Gedənlər - Davud Kərimi, Anar Qasımov, Natiq Kərimi, Şarapudin Şalbuzov, Səbuhi Həsənov
Gələnlər – Sergey Artyux ("Turan", Ukrayna), Nemanya Vidakoviç (“Boreç”, Serbiya), Məhərrəm Müslümzadə (“Turan”, Azərbaycan), Vüsal Qarayev (AZAL, Azərbaycan), Ramil Nuriyev ("Sumqayıt", Azərbaycan), Elvin Musazadə (“Neftçi”, Azərbaycan)

“Simurq”
Gedənlər - Yevgeni Şmakov, Adnan Hodziç, Elçin Xəlilov, Kristaps Qrebis, Samir Quliyev, Aleksandr Şemonayev
Gələnlər – Dmitri Kramarenko ("İnter", Rusiya), Ruslan Poladov ("İnter", Azərbaycan), Emin Cəfərquliyev ("Bakı", Azərbaycan), Nicat Qurbanov ("Neftçi", Azərbaycan), Rüstəm Abbasov ("İnter", Azərbaycan), Anatoli Doroş ("İrtış", Moldova), İqor Tarasov (Latviya)

“Kəpəz”
Gedənlər - Sidney Karqbo, Konstantin Kolesnikov, Milan Antiç, Razvan Tarlea, Muammer Ərdoğdu, Anton Qay, Asəf Qədiri, Xəyal Qarayev, Cavad Mirzəyev
Gələnlər - Əli İsmayılov ("Tərəqqi", Azərbaycan), Nail Məmmədov ("Tərəqqi", Azərbaycan), Ceyhun Əhmədov ("Tərəqqi", Azərbaycan), İon Arabadji (“Rapi K.Ş.” Moldova), Georgi Sepiaşvili (“Spartak”, Gürcüstan), İlqar Nəbiyev (“Adıyaman”, Azərbaycan), Xəyal Zeynalov ("Tərəqqi", Azərbaycan)

“Sumqayıt”
Gedənlər - Aqil Məmmədov, Ramil Nuriyev, Rəşad Kərimov, Eldar Məmmədov.
Gələnlər – Ruslan Məcidov (Azərbaycan), Tərlan Quliyev ("Neftçi", Azərbaycan), Uğur Pamuk ("Tus Dornberq", Azərbaycan), Yasin Abbasov ("Turan", Azərbaycan)

“Turan”
Gedənlər - Göksu Hasancık, Martin Kerçev, Aleksandar Dubliyeviç, Sergey Artyux, Rudison Ferreyra, Samir Əliyev, Akif Tağıyev, Yasin Abbasov, Məhərrəm Müslümzadə
Gələnlər - Asəf Qədiri ("Kəpəz", Azərbaycan), Muammer Erdoğdu (“Kəpəz”, Türkiyə), Rəşid Həsənov (“Turan”, Rusiya), Xəyal Qarayev ("Kəpəz", Azərbaycan), Cavad Mirzəyev ("Kəpəz", Azərbaycan), Giorgi Zoidze (Gürcüstan), Seidu Salifu

Qeyd: mötərizədə futbolçunun çıxış etdiyi son klub və vətəndaşlığı qeyd olunub.