Yunanıstan mətbuatı: Bütün ümidlər Araz Abdullayevədir
30.12.2011 - 11:51
“Everton” klubunun Yunanıstan “Panionios”una icarəyə verdiyi Araz Abdullayev Ellada torpağında özündən söz etdirir. Apasport.az saytının məlumatına görə, yunanıstanlı həmkarlarımız “Koropi” ilə yoldaşlıq oyununda özünü yaxşı tərəfdən göstərən Superliqa təmsilçisinin 19 yaşlı yarımmüdafiəçini tərifləyib.
Belə ki, aşağı dəstə təmsilçisi üzərində 3:2 hesablı qələbədə payı olan Arazın oyunu xüsusi vurğulanıb. Yunanların qarşılaşma ilə bağlı yazısının Abdullayevə aid olan yarımbaşlığında da bu aşkar hiss olunur: “Bizim bütün ümidlərimiz Araz Abdullayevədir”.
Qeyd edək ki, Araz “Koropi” ilə oyunda start heyətində meydana çıxaraq, 60-cı dəqiqədə əvəzlənib.

0
0