2011-ci ilin ən məhsuldar futbolçusu – Messi!
30.12.2011 - 12:24
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) cari ildə ən məhsuldar oyunçularının yekun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə noyabrın 29-da açıqlanan siyahı ilə müqayisədə cədvəldə ciddi dəyişikliklər qeydə alınmayıb.
Milli və qitə kuboklarında ən azı 7 qol vuranları siyahıya alan İFFHS-in cədvəlində 87 oyunçu yer alıb. Argentina yığmasında 4, İspaniya “Barselona”sında 15 qol vuran Lionel Messi ümumilikdə rəqib qapıçılarından keçirdiyi 19 topla planetin ən məhsuldar futbolçusu adını qazanıb.
Radamel Falkao isə “Porto” və “Atletiko”da 13, Kolumbiya yığmasında 4 qol vuraraq 2-ci yerə sahib olub. Küveyt yığmasında 10, İordaniyanın “Əl-Vəhdət” klubunda isə 6 dəfə fərqlənən Həsən Əbdel Fəttah Həsən Mahmud 3-cü olub.
Qeyd edək ki, Azərbaycan futbolçularından heç biri 7 qol vurmadığından siyahıda bizimkilər yer almayıb.

- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
0
0