Quti “Yuventus”a keçir
30.12.2011 - 13:54
Noyabrın 15-də Türkiyənin “Beşiktaş” klubundan ayrılan ispaniyalı futbolçu Xose Mariya Qutyerres Ernandes Quti İtaliya “Yuventus”u ilə danışıqlara başlayıb. Lent.az-ın məlumatına görə, Turin klubu Quti ilə 6 aylıq müqavilə bağlamaq istəyir.
35 yaşlı hücumameylli yarımmüdafiəçi tibbi müayinədən uğurla keçsə, 2012-ci il yanvarın 1-də rəsmi müqaviləyə imza atacaq. O, Andrea Pirlonun əvəzedici qismində transfer ediləcək.
Qeyd edək ki, “Beşiktaş”dan ayrıldıqdan sonra Qutinin adı Çin və Qətər komandaları, eləcə də ABŞ-ın “Los-Anceles Qelaksi” klubu ilə birgə hallanıb.

0
0