Abdullah Avcı üçün asan rəqib
30.12.2011 - 16:06
Abdullah Avçının Türkiyə millisinin baş məşqçisi postunda debüt edəcəyi rəqib müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hollandiyalı Qus Hiddinki əvəzləyən türkiyəli mütəxəssis gələn ilin fevralın 29-da Slovakiya yığması ilə yoldaşlıq görüşündə “siftə edəcək”.
Bu matç Bursadakı Atatürk stadionunda keçiriləcək. “Ay-ulduzlar”ın orada son oyunu DÇ-2010-un seçmə mərhələsində Ermənistan yığması ilə 2:0 hesablı qələbəsi ilə nəticələnən rəsmi matçı olub.
Slovakiya qardaş ölkənin təmsilçisi üçün ən arzu olunan rəqiblərdəndir. Təsadüfi deyil ki, Türkiyə yığması ona heç vaxt uduzmayıb, 5 oyunun 4-də qalib gəlib, 1-də heç-heçə edib. Slovakiya ilə son matç 2008-ci ilin mayın 20-də Almaniyada yoldaşlıq görüş olub və “ay-ulduzlular”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, ötən seçmə mərhələdə millimizlə bir qrupda yer alan Türkiyə yığması Avropa çempionatının final mərhələsində düşə bilmədikdən sonra Hiddinklə qarşılıqlı razılıqla yollarını ayırdı.

0
0