Azərbaycan futbolu stadionlara sığmır - FOTOSESSİYA
01.01.2012 - 00:01
AFFA əsası bir neçə il əvvəl qoyulan ənənəyə uyğun Yeni ilin təqvimini hazırlayıb. Apasport.az saytının məlumatına görə, assosiasiyanın sifarişi ilə dərc olunan rəngli təqvimdə ölkəmizin müxtəlif yığmalarının üzvləri yer alıblar.
Millimizin üzvləri bu dəfə stadionlara sığmayaraq, tarixi, gəzməli-görməli yerlərdə futbol oynayıblar. Daha doğrusu həmin yerlərdə poza veriblər.
Futbolçularımız Qız qalası, Atəşgah, Naxçıvandakı Möminə Xatun türbəsi, Gəncədəki Şah Abbas məscidi, Qala qəsri, Şirvanşahlar sarayı kimi tarixi əhəmiyyət kəsb edən məkanlarda top qovublar.
Bundan başqa daha müasir tikililərin də qarşısında poza verən milli üzvlərinin yer aldığı fotosessiyanın adı da bu idman növünün kütləviləşdirilməsini tərənnüm edir: “Həyət futbolundan futbol həyatınadək”.

0
0