“Futbolçular arasında həmrəylik yoxdur”
02.01.2012 - 00:01
Azərbaycan yığmasının və “Qəbələ” klubunun müdafiəçisi Mahir Şükürovun apasport.az saytına müsahibəsi
- 2011-ci il sizin üçün necə keçdi?
- Deməzdim ki, pis günlərim çox oldu. Yalnız ona üzülürəm ki, son 1 ayda komandama kömək edə bilmədim. Müəyyən üzüntülər baş verdi. Amma bunu böyütməyin mənası yoxdur. Şəxsi həyatıma gəlincə, hansısa dəyişiklik yoxdur. Yenə həmin subay Mahirəm və tezliklə evlənmək fikrim də yoxdur.
- Ən çox yadınızda qalan nə oldu?
- Təbii ki, yığmanın Belçika ilə heç-heçə etməsi, ardından Qazaxıstan üzərində qələbə. 2011-ci ildə milli ilə rekord sayda xal topladıq. İlk dəfə idi seçmə mərhələnin sonunda aktivimizə 7 xal yazdırdıq. Bir sözlə, tarix yazdıq.
- Adətən fasilə zamanı futbolçular dincəlmək üçün fərqli məkana üz tuturlar. Nə əcəb ilin yorğunluğunu, stressini atmaq üçün başqa ölkəyə yollanmamısınız?
- Belə bir planım var. Bayramı evdə qeyd edəcəyəm (müsahibə 2 gün öncə götürülüb – red). Yeni ilin ilk günündə isə başqa məkana üz tutacam.
- Hansı ölkəyə gedəcəksiniz?
- 2 variant var: Ukrayna və ya Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri. Hansına gedəcəyimlə bağlı hələ qərar verməmişəm.
- 1 ay “Qəbələ”yə kömək edə bilmədiyinizi dediniz. Səbəbi də məlumdur. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin çətin anlarda futbolçular arasında həmrəyliyin işartıları hiss olundumu?
- Hər bir insanın öz psixologiyası, hadisələri təhlil etmə qabiliyyəti var. Heç kimə deyə bilmərəm ki, mənimlə danış, əlaqə saxla. Bu, könüllü olan şeydir. Heç kimə kinim yoxdur. Xasiyyətimə bələddirlər. Yenə həmin Mahirəm. Suala gəldikdə, təəssüf ki, futbolçular arasında həmrəylik yoxdur. Mən bunu hiss etmədim. Bunu konkret futbolçular haqda deyirəm. Futbol ictimaiyyəti haqda isə heç nə deyə bilmərəm.
- 2012-ci il əjdaha ilidir. Əjdaha isə hər zaman təhlükəli olub. Yeni ildə əjdahadan nə gözləyirsiniz?
- Əjdaha hər zaman qorxmazlıq rəmzi olub. Nağıllarda da oxumuşuq ki, əjdaha heç nədən qorxmayıb və təhlükəli olub. Onu deyə bilərəm ki, Mahir əjdaha kimi gəlir.
- İndidən rəqiblərinizi qorxudursunuz?
- Kimisə qorxutmaq fikrim yoxdur. Tanıyan-tanıyır, bilən-bilir ki, necə insanam. Sadəcə, Yeni ildə fərqli olacağımı deyə bilərəm.
- Yeni ilin gəlişi ilə əlaqədar hər yerdə Şaxta babanı görmək mümkündür. Uşaq vaxtı ondan qorxmurdunuz?
- Qorxmaq yox, ona inanırdıq. Həqiqətən də düşünürdük ki, Şaxta baba uzaqlardan, dağlardan gəlir. Çoxlu yollar aşıb, bizə hədiyyə gətirib. Elə danışırdılar ki, inanmaqdan başqa çarəmiz qalmırdı. Ancaq indiki uşaqları buna inandırmaq olmur. Süni olduğunu bilirlər.
- Şaxta babanın elə hədiyyəsi olubmu ki, onu indi də xatırlayırsınız?
- Elə bir hədiyyə olmayıb. O vaxt hədiyyəni alan kimi açıb, içərisindəkiləri yeyirdik. Evə gələnə qədər boşaldırdıq.
- Nə vaxtsa Şaxta baba olmusunuz?
- Xeyr, amma istəyirəm ki, bu dəfə olum. Paltar tapsam, geyinəcəm.
- Ondan hansısa arzunu həyata keçirməyi istəmisinizmi?
- Onun gəlişini hər zaman səbirsizliklə gözləyirdik. Çünki bizə hədiyyə verirdi.
- Bayram zamanı həm də süfrələr ləziz yeməklərlə bəzədilir. Hansı yeməyi ləzzətlə yeyirsiniz?
- Həqiqətən də bayram süfrəsi çox ləziz olur. Plovu daha çox xoşlayıram.
- Niyə məhz plov?
- Çünki plov sonda gətirilir, həm də dadlı olur.
- Yeni illə bağlı arzunuz nədir?
- Saytınızın əməkdaşlarını bayramlar münasibəti ilə təbrik edirəm. Hamıya can sağlığı, uzun ömür və uğurlar arzulayıram.

0
0