“Trabzonspor” azərbaycanlı futbolçuya “elçi” düşdü
30.12.2011 - 18:50
Başı xarici transferlərə qarışan Türkiyənin “Qalatasaray” klubu aparıcı futbolçularından birini itirmək üzrədir. Apasport.az saytının məlumatına görə, Türkiyə yığmasının üzvü olan Sərvət Çətin “Cim-Bom”dan ayrılmağa yaxındır. Belə ki, qonşu ölkənin digər iddialı komandası “Trabzonspor” da əslən azərbaycanlı olan müdafiəçini heyətində görmək niyyətindədir. Belə ki, trabzonlular artıq futbolçu ilə görüşərək danışıqlara başlayıb.
0
0