Berbatov Bundesliqaya qayıdır
31.12.2011 - 00:15
"Mançester Yunayted" klubunun hücumçusu Dimitar Berbatov yenidən Almaniyaya qayıda bilər. Apasport.az saytının xəbərinə görə, bolqar futbolçunu sabiq komandası "Bayer" transfer etmək niyyətindədi.
Bu barədə açıqlama verən Leverkuzen klubunun idman direktoru Volfranq Holzxoyker futbolçunu yenidən komandaya qaytarmaq istədiklərini bildirib. Artıq Berbatovun transferi ilə bağlı danışıqlara başlayan "Bayer" "Mançester Yunayted"i razı salmağa çalışır. Berbatovun bu təklifi necə qarşılayacağı da böyük maraq doğurur.
Qeyd edək ki, 2001-2006-cı illərdə "Bayer"in şərəfini qoruyan Berbatov keçirdiyi 154 oyunda 69 dəfə rəqib qapılarına yol tapmışdı.

- Yamal Fransaya meydan oxudu - “Onların qorxmalı olduğu komanda bizik”
- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
0
0