Emin İmaməliyev “Qarabağ”dan getməyə fürsət axtarır
01.01.2012 - 10:12
“Cari mövsümdə zədələr mənə çox pis təsir etdi. Zədəni sağaltdıqdan bir neçə gün sonra bir başqası ilə üzləşdim. Yəni, zədəli-zədəli oynamaq mümkün olmadığı üçün meydançaya az çıxırdım. Amma son 2-3 oyunda meydançaya çıxmağa hazır idim ki, bu baş tutmadı. Çünki bu, baş məşqçinin əlində cəmləşmiş səlahiyyətdir”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Emin İmaməliyev də deyib.
Zədəli olmadığı bir vaxtda da az-az meydançaya çıxan İmaməliyev əlavə edib ki, real təklif alacağı təqdirdə Ağdam təmsilçisindən ayrılmağı istisna hal deyil: “Hazırkı komandamla mövsümün sonuna qədər müqaviləm var. Amma real təklif gələrsə, onu dəyərləndirə bilərəm. Gizlətmirəm, açıq şəkildə bildirirəm ki, belə bir komanda yoxdur”.
İmaməliyev klubdakı gələcək taleyi ilə bağlı baş məşqçi Qurban Qurbanovla söhbət etmədiyini deyib: “Mən onunla çox danışıram. Amma bu barədə söhbətimiz olmayıb”.
Qeyd edək ki, Emin məhz Qurban Qurbanovun dəvəti ilə kapitanı olduğu “İnter”i “Qarabağ”a dəyişib.

0
0