Hüseyn Məhəmmədov: Mən onları hakim saymıram – MÜSAHİBƏ
01.01.2012 - 13:24
Azərbaycanın ən titullu qapıçısı, “Neftçi” klubunun məşqçisi Hüseyn Məhəmmədovun apasport.az saytına müsahibəsi
- Çempionat oyunlarında az-az görünürsünüz. Bu, nə ilə bağlıdır?
- Oyunlara getməyə çalışıram. Düzdür, məşq prosesi və qarşılaşmalar üst-üstə düşəndə, artıq digər görüşləri stadionundan izləyə bilmirəm. Əksər oyunlara baxıram.
- Azərbaycanda qapıçı problemi var. Hətta Çingiz İsmayılov deyir ki, bizdə yığma səviyyəsində qapıçı yoxdur. Halbuki, ölkəmizdə həmişə güclü qapıçılıq məktəbi olub. Bu enişə səbəb nədir?
- Qapıçı problemi klublarda legionerlərin çoxluğundan qaynaqlanır. Mən belə başa düşürəm. Əgər yerli qapıçılar oynasa idi, güclü rəqabət yaranar və millimiz üçün də xeyirli olardı. Bizim vaxtımızda əsasən yerli qapıçılar çıxış edir, yaxşı oyun praktikalarına malik olur və gündəmdə qalırdılar. Müəyyən klublar var ki, yerli qapıçı məsələsinə önəm vermirlər. Qıtlıq yaranır. “Neftçi”də işlədiyimə görə demirəm, bu faktdır ki, bizim komandamızda yaxşı perspektivli gənc qapıçılar yetişir.
- Qapıçı komandanın yarısıdır, deyirlər. Hazırda bu keyfiyyətləri özündə birləşdirən qolkiper varmı?
- Bəli, sınaqdan keçmiş bir qanunauyğunluqdur. Ümidverici qapıçısı olan komanda həmişə yüksək nəticələr əldə edib. Legionerləri deyə bilmərəm. Hazırda əcnəbi qapıçılar “Neftçi”, “İnter”, “Bakı” kimi klubların formasını geyinirlər. Azdan-çoxdan Saşa Stamenkoviçi legionerlər arasında fərqləndirmək olar. O, adlı-sanlı komandadan gəlməklə yanaşı, həm də təcrübəyə malikdir. Ümumiyyətlə, mən klublarda elə bir qapıçı görmürəm ki, kollektivi arxasınca aparsın. Hazırda yerli qapıçılardan hamı kimi, mən də Kamranı fərqləndirərdim. Onun daha da inkişaf etməsi üçün mütləq rəqabət lazımdır.
- Karyeranızı bitirdikdən sonra yaxşı bir təkliflə çıxış etsəniz də, sonradan kölgəyə çəkildiniz. Sırf qapıçı yetişdirmək üçün məktəb yaratmaq arzusu elə arzu olaraq, qalacaqmı?
- Əlbəttə ki, istəyim hələ də yerində durur. Bildiyiniz kimi, hazırda klubda fəaliyyət göstərirəm. İndiki vəziyyətdə bunu edə bilmərəm. 2012-ci ildə bunu etmək mənim üçün daha asan olacaq. Belə ki, fikrimi tam olaraq, bu işə yönəldəcəyəm. Yəqin ki, “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovla bu məsələni yaxın gələcəkdə ətraflı şəkildə müzakirə edəcəyik. Məncə, Sadıq Sadıqov bu, fikrimi dəstəkləyəcək.
- Sizi çılğın futbolçu kimi tanımışıq. Az qala hakimi hər göstərdiyi sarı vərəqəyə görə, qınayırdınız. Hakimlik həmişə olduğu kimi, yenə ən çox müzakirə olunan məsələlərdən biridir. Oynayan vaxtı hakimlərə qənim kəsilən Məhəmmədov indi onlar barədə hansı fikirdədir?
- Düzü, hazırda görünən odur ki, hakimlərin 90 faizi gənclərdir. Hakimlərin əlində elə bir səlahiyyət var ki, istənilən halda, onların dedikləri ilə barışmaq lazımdır. Azərbaycanla yanaşı, xarici ölkə çempionatlarını da izləyirik. Hər yerdə hakimlər səhv edir. Hakim səhv etməlidir, çünki o da insandır. Azərbaycanda da bu, keçərlidir. Bir də var ki, hakimlər bilərəkdən səhv edirlər. Bilərəkdən qərəzli olanlara mən ədaləti qoruyan deyə bilmərəm. Açığı, mən onları hakim saymıram. Yox, əgər bilməyərəkdən edirsə, onu bağışlamaq mümkündür. Ümumiyyətlə, son illər Azərbaycanda təlim-məşq toplanışlarına yollanmaq dəb halını alıb. Hətta göstərilən qayğının nəticəsində ədalət təmsilçiləri də ölkə xaricində hazırlıq keçirlər. Məncə, bütün bunları nəzərə alıb, öz işlərinə daha məsuliyyətli yanaşmalısan.
- Karyerasını bitirən futbolçuların çoxu tez yaddan çıxırlar. Amma siz daim gündəmdə qalırsınız. Bunu nəyin hesabına bacarırsınız?
- Mənim oynadığım klublar göz qabağındadır. Həm də futbolçu kimi çalışmışam ki, bir iz qoyub gedim ki, sabah yaddan çıxmayım. Yəqin ki, gördüyüm işlər, qazandığım qələbələr və qızıl medallar məni yaddaşlara həkk edib. Eyni zamanda, jurnalistlərə böyük hörmət bəsləmişəm. Elə hərəkət etməmişəm ki, sizin qarşınızdan bir nöqsanım olsun. Tam səmimi olmuşam. Hətta mənim haqqımda yazılan tənqidləri də səmimi qəbul etmişəm. Demişəm ki, nəsə bilirlər ki, yazırlar. Əsksinə, nəticə çıxarmağa çalışmışam.

0
0