Aleksdən 50 min dollarlıq qonaqlıq
02.01.2012 - 12:27
Aleksdən 50 min dollarlıq qonaqlıq
İstanbulun “Fənərbaxça” klubunun braziliyalı hücumçusu Aleks de Souza Yeni il münasibəti ilə parti təşkil edib. Apasport.az saytının “Hürriyyət”ə istinadən məlumatına görə, Aleksin qonaqları futbolçunun villasının həyətində qurduğu böyük mağara yığışıb.

Tədbirdə Aleksin komanda yoldaşları ilə yanaşı, Türkiyədə çıxış edən bəzi legionerlər də iştirak edib. Məlumata görə, Aleks və həyat yoldaşı Daiane mərasimin qüsursuz və yüksək səviyyədə keçməsi üçün 50 min dollar pul xərcləyib.

Türkiyə vaxtı ilə saat 23:30-da başlanan parti 03.30-da başa çatıb.