Millimizin sabiq futbolçusu karyerasını başa vurdu - FOTO
03.01.2012 - 00:01
Millimizin sabiq futbolçusu karyerasını başa vurdu - FOTO
Millimizin sabiq hücumçusu Samir Əliyev karyerasını bitirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı Əliyev daha heç bir klubla müqavilə bağlamayacaq.

Ölkənin ən tanınmış futbolçularından olan Əliyev Azərbaycanın iddialı “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” komandaları ilə yanaşı, Ukraynada uğurlu legioner həyatı da yaşayıb. Son 4 ildə zədələrdən əziyyət çəkən forvard iddialı deyil, ortabab komandaların heyətində yer alırdı. Əsgər Abdullayevin dəvəti ilə “Turan”a gedən, amma oynamayan Samir bu vəziyyətə son qoymaqda israrlıdır.

Əliyev futboldan getdiyini apasport.az saytına açıqlamasında təsdiqləyib.