Rəşad Sadiqov Türkiyədən cavab gözləyir
03.01.2012 - 00:02
“Qış fasiləsi öncəsi sonuncu turda meydana çıxmamağım səbəbsiz deyildi. Zədələndiyim üçün oynamadım”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Rəşad Sadiqov deyib.
Hazırda vəziyyətinin normal olduğunu bildirən Sadiqov qarşıdakı 15 gün ərzində də dincəlməyin vacib olduğunu deyib: “Hələ də məşq etmək iqtidarında deyiləm. Diskləri Türkiyəyə göndərmişəm. Hələlik cavab gəlməyib. Sadəcə, Azərbaycanda müayinə keçdikdən sonra deyiblər ki, topa toxuna bilmərəm. Əvvəlki ilə müqayisədə isə özümü daha gümrah hiss edirəm. Yəqin ki, hazırlıq başlayana qədər tam hazır vəziyyətdə olacağam”.
Sadiqov tez-tez zədələrin toruna düşən futbolçulardan biridir. Təcrübəli yarımmüdafiəçi məsələyə belə şərh verib: “Ötən mövsüm daima oynadım. Bütün oyunlarda əvəzlənmədən çıxış etdim. Amma zədələr də tez-tez olur. Bu, daha çox hərəkət etməyimizlə yanaşı, meydançaların ot örtüyünün bərkliyindən də irəli gəlir”.

0
0