Yığmamız şimal paytaxtında
03.01.2012 - 10:10
Yığmamız şimal paytaxtında
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Rusiyanın Sankt-Peterburq şəhərinə gedib. Apasport.az saytının məlumatına görə, millimiz qonşu ölkənin şimal paytaxtında ilk məşqinə də çıxıb. Komandamız turnirə Emil Balayev, Əliyev Orxan, Ruslan Nəsirli, Samir Yusifov, Şamil Cəmalləddinov (hamısı – “Sumqayıt Şəhər”), Murad Musayev (“Qəbələ”), Rəşad Əzizov, Tural Məmmədli, Məqsəd İsayev, Elşən Abdullayev (hamısı – “Neftçi”), Fuad Bayramov, Azər Salahlı (hər ikisi – “İnter”), Azər Abbasov, Tural Hümbətov (hər ikisi – “Zenit”, Rusiya), Əli Əliyev (“Zirka”, Ukrayna), Tofiq Şəfiyev (“Sport Akademiya”, Rusiya), Elnur İsmayılov (“Daçiya”, Moldova), Ruslan Bədəlov (“Volqoqrad”, Rusiya), Namiq Ələsgərov (“Bakı”) və Samir Məsimov (“Lokomotiv”, Moskva, Rusiya) ilə yollanıb.

Qeyd edək ki, Vəli Qasımovun yetirmələri Finlandiya və Sankt-Peterburq yığmaları ilə eyni qrupda mübarizə aparacaq.