Dünyanın ən yaxşı yığma məşqçisinin adı məlum oldu
03.01.2012 - 12:00
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-ci ilin ən yaxşı yığma məşqçilərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun dünya ölkələrindəki üzvləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən Oskar Tabares planetin ən yaxşısı seçilib. Uruqvay milli komandasının baş məşqçisi 200 xal toplayıb. İspaniya yığmasının çalışdırıcısı Visente del Boske 186 xalla 2-ci olub. 2011-ci ildə 2 dəfə Azərbaycan yığması ilə qarşılaşıb, qələbələri sıralayan Almaniya millisinin baş məşqçisi Yoahim Löv isə 169 xalla 3-cü olub.
Qeyd edək ki, İFFHS-in siyahısına cəmi 17 mütəxəssis daxil olub.
Qeyd edək ki, İFFHS-in siyahısına cəmi 17 mütəxəssis daxil olub.
0
0