Cüneyt Biçər futbolçu axtarmaq üçün Afrikaya gedir
03.01.2012 - 11:05
Cüneyt Biçər futbolçu axtarmaq üçün Afrikaya gedir
Heyətini gücləndirmək niyyətində olan “Xəzər Lənkəran” Afrika bazarına üz tutmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, cənublular menecerlərin təklif etdiyi ucuz qara qitə təmsilçiləri ilə deyil, birbaşa baş məşqçi Cüneyt Biçərin seçəcəyi oyunçularla güclənəcək.

Bu məqsədlə türkiyəli mütəxəssisin Afrika səfəri planlaşdırılıb. Yaxın günlərdə Biçər komandanın rəisi Səməd Mustafayevlə birlikdə Seneqal və Nigeriyada olacaq. Bu ölkələrin milli çempionatlarında baş tutacaq bir neçə oyunu izləyəcək cütlük istedadlı afrikalıları seçıb “Xəzər Lənkəran”a dəvət edəcək.