Araz Abdullayev bu gün Superliqada debüt edə bilər
03.01.2012 - 12:26
Araz Abdullayev bu gün Superliqada debüt edə bilər
Bu gün Yunanıstanın Superliqasında qısa fasiləyə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Panionios” klubu öz meydanında “Asteras Tripolis”i qəbul edəcək. Baş məşqçi Apospolos Mantziosun şans verəcəyi halda 20 yaşlı yarımmüdafiəçi icarəyə verildiyi klubda rəsmi debüt edəcək. Ötən ilin sonunda İngiltərənin “Everton” klubunun “Panionios”a icarəyə verdiyi Araz hələ ki, rəsmi matçda meydana çıxmayıb. Bu da onun keçidindən sonra komandasının yalnız yoldaşlıq oyunu keçirməsi ilə bağlıdır.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.