“Barselona”, “Barselona”, yenə “Barselona”
03.01.2012 - 13:10
Beynəlxaql Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-ci ilin ən yaxşı pleymeykerlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun planetin müxtəlif ölkələrindəki üzvləri arasında keçirilən sorğunun nəticələri açıqlanıb. Səsvermədə cəmi 16 oyun qurucusu xal toplaya bilib.
İFFHS-in versiaysına əsasən dünyanın ən yaxşı pleymeykeri isə İspaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Xavi olub. O, 232 səs toplayıb. İlk üçlükdə digər 2 oyunçu da “Barselona”nın üzvləri olub. Argentinalı Lionel Messi 147 xalla 2-ci, ispaniyalı Andres İnyesta 110 xalla 3-cü olub. “Real”ın türk əsilli futbolçusu Məsut Özil 4-cü olsa da kataloniyalılardan bir baş geri qalıb – cəmi 59 xal.

0
0