“Azərbaycanla oyun heç xoşuma gəlmədi”
03.01.2012 - 15:52
“DÇ-2012-nin seçmə mərhələsinin Bakıdakı oyunlarında komandamız fərqli qarşılaşmalar keçirdi. Makedoniya ilə sönük oyundakı vacib 3 xal, ardından Xorvatiya üzərində inamlı qələbə. Sonda Azərbaycanla qarşılaşma isə heç xoşuma gəlmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Energiya” futzal klubunun qapıçısı Vladislav Lısenko deyib.
O, dünya çempionatının seçmə mərhələsinin Bakıda keçirilən qrup oyunları haqda fikirlərini açıqlayaraq Ukraynanın Azərbaycana 2:4 hesabı ilə məğlub olmasından danışıb: “Oyunçularımız artıq pley-offa çıxdıqlarını düşünərək arxayın oynayırdılar. Bu da bizə baha başa gələ bilərdi. Cəmi 1 qol 1-ci pilləni əlimizdən alacaqdı. İndi qrupda qalan Xorvatiya nəticənin 2 top fərqilə bitməsindən narazıdır. Bu təbiidir. Uduzanlar həmişə narazı qalır. Mən matçı izlədim. Orada şübhəli heç nə yox idi. Sadəcə arxayınlaşan futzalçılar imkanlarından aşağı çıxış etdi. Meydanda əsas deyil, 2-ci heyətin daha çox olamsı isə baş məşqçinin seçimidir”.
Qeyd edək ki, millimizin 2 top fərqilə qələbə qazanması nəticəsində Xorvatiya qrupda qalıb.

0
0