“Xəzər Lənkəran” “Krılya Sovetov”a qarşı
03.01.2012 - 15:00
“Xəzər Lənkəran” “Krılya Sovetov”a qarşı
Serbiya milli komandasının qapıçısı Vladimir Stoykoviçi transfer etmək istəyən “Xəzər Lənkəran” klubunun yeni rəqibi peyda olub. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Krılya Sovetov” komandası da 29 yaşlı qapıçını heyətində görmək istəyir. Vladimirin çıxış etdiyi Serbiyanın “Partizan” klubu hər 2 müştəri ilə danışıqlar aparıb, daha sərfəli təklifi qəbul etmək niyyətindədir. Belə ki, maliyyə durumu o qədər də yaxşı olmayan serbiyalılar qolkiperin satışından daha çox qazanmaq haqda düşünür.

Qeyd edək ki, Stoykoviç azad agent statusu ilə “Partizan”a keçdiyindən onun satılacağı istənilən məbləğ klubu üçün qazanc olacaq.