Yığmamızın futbolçusu seçilənlər sırasında
03.01.2012 - 14:01
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi Yunanıstanın “Panionios” klubu bu gün Superliqada keçirəcəyi oyunun heyətini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Apostolos Mantzios axşam “Asteras Tripöolis”lə keçiriləcək qarşılaşmada güvənəcəyi “18-liy”i açıqlayıb. 20 yaşlı yarımmüdafiəçimiz çalışdırıcının seçdiyi 18 futbolçu arasına daxil olub.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
0
0