“Yerli futbolçular dost olmaq istəmirlər, onların öz dünyası var” - MÜSAHİBƏ
03.01.2012 - 16:32
“Yerli futbolçular dost olmaq istəmirlər, onların öz dünyası var” - MÜSAHİBƏ
Bakının “İnter” klubunun futbolçusu Bronislav Çervenka Çexiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Azərbaycan və futbolumuz haqda danışıb

- 2007-ci ildən Azərbaycanda çıxış edirsiniz. Bu ölkə haqda nə deyə bilərsiniz?
- Azərbaycan fərqli mədəniyyətə malik ölkədir. Oradakı insanlar mərkəzi avropalılardan fərqli baxışlara malikdir.

- Əgər bu sizin xoşunuza gəlmirsə nityə Bakını tərk etmirsiniz?
- Deməzdim ki, xoşuma gəlmir. Şəhərin əksər yerləri ürəkaçan mənzərələrlə, abidələrlə doludur. İnsanları isə çox mehriban, gülərüzdürlər. Amma əksər çexiyalılar orada qala bilməz. Çünki Azərbaycanda cəmiyyət və ailədə əsas rolda kişi olur. Restorana gedəndə orada ailəsi ilə birlikdə olan çox az adam olur. Adətən kişi və qadınlar belə yerlərdə qrup halında yığışır.

- Siz Azərbaycana ailənizi aparmamısınız. Bu müddətdə necə qalmısınız?
- Oğlum məktəbdə oxuyur, öz dostları var. Onun mühiti dəyişməsini istəmirəm.

- Özünüz Azərbaycan cəmiyyətinə uyğunlaşa bilmisiniz?
- Mən bu haqda düşünmək istəmirəm. Yerli futbolçular dost olmaq istəmirlər. Onların öz dünyası var. Onları çaya dəvət edib saatlarla danışmaq olar. Azərbaycanlı olsaydım münasibətlərimiz ayrı cür olardı.

- Maliyyə məsələsi necədir?
- Çexiyadakından çox qazanıram. Lakin bu o demək deyil ki, ailəmi ömrümün sonunadək təmin etmişəm. Sadəcə mən futbol oynamaq istəyirəm. Sonra isə iş haqda düşünürəm.

- Bakıda hələ çox qalacaqsınız?
- Qeyri-adi bir şey olmasa 6 ay. Əslində hələ ötən yay vətənə qayıtmaq istəyirdim. Lkain baş məşqçimiz heyətdə gəncləşdirmə apara-apara təcrübəli futbolçu kimi məni saxlamaq istəyirdi. Biz də 1 illik razılaşdıq. Lakin yayı Çexiyada keçirəndən sonra Azərbaycana getmək istəmirdim. Bezmişdim. 2 dəfə Milad bayramında çempionat oyunumuz olub. Ailəmdən uzaqda qalmışam. Oğlum da getməyimiz istəmirdi. Son 4 ildə ən çətin qərarımı verib yenidən “İnter”ə getdim.

- Vətənə qayıtsanız “Zlin”də oynayacaqsınız?
- Ötən yay onlar xidmətimdə maraqlı idi. İndi necə olacağını bilmirəm. Fiziki və mənəvi cəhətdən buna hazıram. Saglamlığım imkan verənə qədər oynayacağam.

- Azərbaycan Premyer Liqasının səviyyəsi necədir?
- Çexiya çempionatı daha güclüdür. Lakin Azərbaycanın ilk 6 komandasında çox güclü futbolçular cəmləşib. İldən-ilə tanınmış simalar transfer olunur. Elə biz də avrokuboklarda yaxşı oynayırıq. Sonuncu dəfə bizi “Lex” penaltilərlə dayandırdı.

- Əsas heyətə düşməkdə çətinliyiniz olmur ki?
- Müdafiəyə meylli 2 yarımmüdafiəçidən biri kimi oynayıram. Əgər saglamamsa heyətdəyəm. Mən klubda 2 ən köhnə oyunçudan biriyəm.

- Mövsüm bitəndə komandadan ayrılacağına münasibət necədir?
- Məşqçimiz belə şeylərə fikir vermir. Əsas meydanda oyunumuzdur. Onsuz da orda əsasən 1 illik müqavilələr imzalanır.

- Baş məşqçiniz Kaxaber Sxadadzeni necə dəyərləndirirsiniz?
- O, futbol dəlisidir. Gecə-gündüz oyunların videoyazılarını izləyir, təhlillər aparır. Öz oyunumuzu 2 saat izləyir.

- Komandanızın azarkeşləri çoxdur?
- O qədər də yox. Klubumuz nisbətən gəncdir. İddialı rəqiblə oynayanda 2 min azarkeş gəlir. Yalnız Lənkərandakı oyunlar diqqət çəkir. Ümumilikdə futbola maraq Çexiyadakı ilə müqayisəyə gəlmir.