“Adına görə hakimlər onlara çox kömək edir”
03.01.2012 - 17:40
“Adına görə hakimlər onlara çox kömək edir”
Bakının “İnter” klubunun futbolçusu Bronislav Çervenka paytaxt komandalarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, vətəni Çexiyada olan yarımmüdafiəçi Bakını Premyer Liqada təmsil edən 5 komanda haqda fikirlərini açıqlayıb.

“İnter”: “Bizim klub gəncdir, 1997-ci ildə yaradılıb. Mən gələndən sonra uğurlar qazanmışıq. 2 dəfə çempion, 1 dəfə ikinci olmuşuq. 4 dəfə kubokun finalına çıxmışıq, Birlik kubokuna sahib olmuşuq. Amma Azərbaycan klublarının çoxu bizə nifrət edir, komandamızı dağıtmaq istəyir. “İnter” bu baxımdan Çexiya “Sparta”sını xatırladır”.

“Neftçi”: “Bu kluba böyük neft şirkəti sponsorluq edir. Bu üzdən onlar varlı klubdur. Avropada ən tanınan Azərbaycan klubudur. Ölkənin ən yaşlı komandalarından biri hətta keçmiş SSRİ çempionatlarında çıxış edib. Onlar ötənilki çempion və indiki liderdirlər. Adlarına görə hakimlər də onlara çox kömək edirlər. Onların ən böyük rəqibi “Xəzər Lənkəran”dır”.

“Bakı”: “Nefytçi” kimi çox imkanlı klubdur. Onlar daha çox tanınmış oyunçular almaqla diqqət çəkir. Jaba və Verpakovski buna misaldır. Onların sahibləri də “Xəzər Lənkərn”la rəqabət aparır”.

AZAL: “Ölkənin ən böyük 6 klubundan biridir. Lakin bu 6 komanda arasında sonuncudur. Ötən il onlar yeni stadion açıblar. Bu çox yaxşı arenadır”.

“Rəvan”: “Ötən il bu komanda paytaxtdan 100 kilometr məsafədə oynayırdı. İndi isə debütantdırlar. Altılıq iddiasında olsalar da ordan kənardadırlar. Onların stadionunda qızlar arasında dünya çempionatı keçiriləcək. Həmin arenanı FİFA prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platini açıblar”.