Rikardo Qomeş “Xəzər Lənkəran”a qayıdır
03.01.2012 - 17:32
“Xəzər Lənkəran” klubunun futbolçusu Emeka Opara komandadan ayrılıb. Klubun icraçı direktoru Höccət Hacıyevin Lent.az-a verdiyi məlumata görə, Opara “ağ-yaşıllar”ın düşərgəsini özbaşına tərk edib. Nigeriyalı hücumçu bu addımı ailə problemləri üzündən atıb. Hacıyevin sözlərinə görə, 28 yaşlı forvard səhhətindən şikayətlənən həyat yoldaşının yanına yollanıb. Klub rəhbərliyi isə onun transferə çıxarılmasına qərar verib. Əvəzində bir neçə aydır, vətəni Braziliyada olan Rikardo Qomeşin yaxın günlərdə komandaya dönəcəyi məlum olub. Qomeş Mirça Rednikin baş məşqçiliyi dövründə ailə problemlərini əsas gətirərək, vətəninə yollanmış və o vaxtdan qayıtmamışdı.
“Xəzər Lənkəran” rəsmisi qış transfer dövründə hücum, dayaq yarımmüdafiəçisi, sol cinah müdafiəçisi və qapıçı mövqelərinə yeni oyunçuların alınacağını bildirib. Hazırda klubun “Bakı”dan ayrılan orta sahə oyunçusu Ernad Skuliç və “Partizan”da çıxış edən qapıçı Vladimir Stoykoviçlə danışıqlar apardığı bildirilir. Hacıyev bütün transferlərlə bağlı yekun qərarın komandanın istirahətdən qayıdışından sonra veriləcəyini açıqlayıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” yanvarın 6-da bir araya gələcək. Bundan 10 gün sonra “ağ-yaşıllar” Türkiyənin Antalya şəhərinə 18 günlük təlim-məşq toplantısına yollanacaq. Komandanın hazırlıq prosesinə komplektləşdirilmiş heyətlə başlaması nəzərdə tutulub.

0
0