Əfsanə Azərbaycanda qalır, yoxsa gedir? - FOTO
04.01.2012 - 00:01
Uğursuz nəticələrdən sonra “Qəbələ” klubunun baş məşqçisi postundan istefa verən Toni Adamsın taleyi qeyri-müəyyəndir. Apasport.az saytının məlumatına görə, hazırda vətənində olan əfsanəvi britaniyalı fəaliyyətini Azərbaycanda davam etdirə bilər.
Belə ki, klub prezidenti Tale Heydərov Toni Adamsın yeni vəzifəyə təyin olunub-olunmayacağı məsələsinə baxacaq. Onlar yeni ilin ilk günlərində görüşməli olsalar da, bu, müəyyən səbəblər ucbatından yubanır. Klubdan verilən məlumata görə, Adams və Heydərov arasında görüş yanvar ayının ortalarında baş tutacaq.
Qeyd edək ki, Toni Adamsın vaxtilə oynadığı “Arsenal” klubuna məşqçi kimi qayıdacağı da müzakirə mövzusudur.

0
0