“Kəpəz” dağılmayacaq”
04.01.2012 - 00:02
“Komandamızdakı vəziyyətlə bağlı ciddi irəliləyiş yoxdur. Amma görüşlər davam edir. Mən də tez-tez stadionda oluram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun kapitanı Azər Məmmədov deyib.
Son vaxtlar Gəncə təmsilçisində qəribə hadisələr bir-birini əvəzləyir. Əvvəlcə baş məşqçisini dəyişən qərb klubu sonra da Premyer Liqada oynamaqdan imtina etdi.
Məmmədov komandanın növbəti dəfə dağılacağına inanmasa da, mövcud vəziyyətdən çıxış yolu bilmədiyini də vurğulayıb: “Bildiyimə görə, “Kəpəz” dağılmayacaq. Nə qədər olmasa da, Premyer Liqaya rəng qatıb”.
Kapitanın buna inanmağa müəyyən əsası var. Çünki yayılan söz-söhbətlərə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin komandaya himayədarlıq etməsi realdır: “Yəqin ki, müvafiq şəxslər bu barədə müəyyən işlər görüb, çarə qılacaqlar ki, “Kəpəz” dağılmasın”.

0
0