“Qəbələ” bu gün Yannik Kamananla müqavilə bağlaya bilər
04.01.2012 - 00:05
“Qəbələ” bu gün Yannik Kamananla müqavilə bağlaya bilər
Premyer Liqada medallara iddiasını davam etdirən “Qəbələ” hücumçu problemini həll etmək üzrədir. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasında oynayan Yannik Kamananla klub arasında bu gün rəsmi müqavilə bağlana bilər.

Komandanın baş meneceri Zaur Əzizov əməkdaşımızla söhbətində bildirib ki, Kamananla bu gün növbəti görüş baş tutacaq: “Problem heç də onun klubunda deyildi. Amma bu da bir faktor idi. Onun şəxsi müqaviləsində bəzi detallar var ki, onları növbəti dəfə müzakirəyə çıxaracağıq. Məsələ bu gün həll oluna bilər”.

“Qəbələ” qış fasiləsində yalnız bir futbolçunu yola salıb. Baş menecer əlavə edib ki, gedənlərə qoşulan yoxdur: “Hazırkı heyətdə yer alan futbolçuların hamısı bizə məxsusdur”.