“Heç onlara dəvət gəlmir, qalmışdı məni çağırsınlar”
04.01.2012 - 00:10
“Heç onlara dəvət gəlmir, qalmışdı məni çağırsınlar”
“Tibbi müayinə məqsədilə getdiyim Türkiyədən yeni qayıtmışam. Vəziyyətimdə irəliləyişlər olsa da, hələ bir qədər də dincəlməyə ehtiyacım var. Yəqin ki, qış hazırlığının ilk günlərini kənardan izləyəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynov deyib.

Ölkə xaricində oynamaq arzusunda olduğunu dilə gətirən Hüseynov bunun həyata keçməsi üçün real dəvət almadığına görə təəssüflənir: “Gürcü futbolçuların çoxu ölkə xaricində çıxış edirlər. Amma bu o demək deyil ki, onların hamısı yaxşı oyunçulardır. Sadəcə, digər ölkələrdə onlara inanırlar. Azərbaycan futbolçularına isə real dəvət yoxdur. Şəxsən mənimlə heç kim maraqlanmır”.

Vurğunun fikrincə, özündən istedadlı futbolçular da diqqətdən kənarda qalırlar: “Özümü bir tərəfə qoyuram. Azərbaycanda o qədər istedadlı futbolçu var ki, onlar da diqqətdən kənarda qalırlar. Heç onlara dəvət gəlmir, qalmışdı ki, məni çağırsınlar”.