“Kəpəz” futbolçuların maaşlarını verdi
04.01.2012 - 00:13
“Kəpəz” futbolçuların maaşlarını verdi
Gözlənilməz şəkildə fəaliyyətini dayandırmış “Kəpəz” klubunda qəribə hadisələr davam edir. Apasport.az saytının məlumatına görə, komandanı buraxdığını elan edən rəhbərlik futbolçularla görüşüb.

Yeni ilin ilk günlərinə təsadüf edən görüşdə futbolçuların çoxu iştirak edib ki, bu da səbəbsiz deyil. Belə ki, dekabrın 30-dan etibarən çıxışını dayandırmış klub futbolçuların maaşlarını verib.

Həmin görüşdə yalnız legionerlər iştirak etməyiblər.

Qeyd edək ki, “Kəpəz”in dağılma səbəblərindən biri kimi sponsorların kluba maliyyə dəstəyi verməkdən imtinası göstərilirdi.