“Şturm” Azərbaycan klubu ilə eyni qrupda
04.01.2012 - 00:14
“Şturm” Azərbaycan klubu ilə eyni qrupda
Yanvarın ortalarında Antalyada təlim-məşq toplanışına başlayacaq Bakı "İnter"i toplanış çərçivəsində “Antalya Trofi” adlı turnirə qatılacaq. Apasport.az saytının məlumatına görə, 6 komandanın mübarizə aparacağı turnir yanvarın 28-dən fevralın 2-dək davam edəcək.

Komandalar 2 qrupa ayrılacaq və hər qrupda 3 komanda mübarizə aparacaq.

Qeyd edək ki, “İnter” Avstriyanın “Şturm” (Qrats) və Rumıniyanın “Universitatea Cluj" komandalarının olduğu qrupda mübarizəyə qoşulacaq. Komanda yanvarın 28-də avstriyalılarla, 30-dasa rumınlarla qarşılaşacaq. Fevralın 2-də 1-ci,3-cü və 5-ci yerlər uğrunda oyunların keçiriləcəyi planlaşdırılır.

Əlavə edək ki, ikinci qrupda Rumıniyanın “Vitorul Konstanta”, Xorvatiyanın RNK “Split” və Ukraynanın “Vorskla”(Poltava) komandaları çıxış edəcək.