Bakıda məyus oldu, “Barselona”nın qapıçısını arxada qoydu
04.01.2012 - 17:59
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-ci ilin ən yaxşı qapıçılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun dünya ölkələrindəki üzvləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən İker Kasilyas planetin ən yaxşısı seçilib.
İspaniya milli komandasının və Madrid “Real”ının qolkiperi 248 xal toplayıb. O, ən yaxın izləyicisi Manuel Noyeri (Almaniya yığması və “Bavariya”) 118 xal qabaqlayıb. İlk “üçlüyü” “Barselona”nın qapıçısı Viktor Valdes qapayıb. Ümumilikdə, İFFHS-in siyahısına isə cəmi 16 əlcək sahibinin adı daxil olub.
Qeyd edək ki, siyahıda ikinci olan Noyer yığmasının heyətində Avro-2012-nin son seçmə mərhələsində millimizlə hər 2 görüşdə qapısında qol görüb. Kölndə o Vaqif Cavadov, Bakıda isə Murad Hüseynov qarşısında aciz qalıb.

0
0