“Barselona” və “Real”ı məyus edən xəbər
14.01.2012 - 11:20
Dünya futbolunda transferi haqda ən çox danışılan braziliyalı Neymarın gələcək taleyinə tam aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 19 yaşlı “ulduz” hücumçu Braziliyalın “Santos” klubu ilə müqaviləsini uzadıb. Son vaxtlar adı daha çox İspaniya nəhəngləri – “Barselona” və “Real” ətrafında çəkilən Neymar yetirməsi olduğu klubu ilə yeni müqaviləyə imza atmaqla, bütün suallara son qoyub. O, anlaşmaya əsasən 2014-cü ilədək “Santos”da çıxış etməyi planlaşdırır. Hücumçu bundan sonra Avropaya yollanmaq variantını yaxına buraxır.
Qeyd edək ki, FİFA Neymarın Braziliya çempionatında “Flamenqo”ya vurduğu qolu ötən ilin ən gözəl qolu sayaraq, ona bununla əlaqədar təsis etdiyi ənənəvi Ferens Puşkas mükafatını təqdim etdi.
Qeyd edək ki, FİFA Neymarın Braziliya çempionatında “Flamenqo”ya vurduğu qolu ötən ilin ən gözəl qolu sayaraq, ona bununla əlaqədar təsis etdiyi ənənəvi Ferens Puşkas mükafatını təqdim etdi.
0
0